Sabah UEFA Çempionlar Liqasında Estoniya "Flora”sı ilə qarşılaşacaq "Legiya”nın cavab görüşü üçün heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi Çeslav Mixneviç Tallindəki oyun üçün "23-lüy”ə Mahir Emrelinin adını daxil edib.
"Legiya” səfərə bu heyətlə yollanıb: Artur Boruç, Mateuş Koxalski, Kaçper Tobiaş, Mateuş Hołovnya, Andre Martinş, Mateuş Veteska, Luqinyas, Artur Jedjeyçuk, Filip Mladenoviç, Josip Juranoviç, Rafael Lopes, Şimon Vlodarçi, Ernest Maçenki, Kasper Skibiçki, Joel Abu-Hanna, Mahir Emreli, Yakub Kisel, Maçey Rosolek, Jose Pesqueyra, Mayk Navroçki, Tomaş Pekhart, Bartoş Sliş, Lindsay Rose.
Qeyd edək ki, həmyerlimiz iki gün öncə Polşa Superkubokunda Plotsk "Visla”sı ilə oyunda iştirak etməmişdi. Baş məşqçi Mahirin adını oyunun protokoluna salmamışdı. Sonradan bunun hücumçunun soyuqlaması ilə bağlı olduğu bildirilmişdi. Görünür, Emrelinin səhhəti qaydasındadır.
Mirağa