"Real Madrid"in ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu"da 2025-ci ilin mart ayına qədər nəzərdə tutulan konsert proqramlarına qadağa qoyulub.
Fanat.Az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Yenidənqurma işləri başa çatdıqdan sonra stadion təkcə "Real"ın matçları üçün deyil, həm də bu ilin may ayında müxtəlif dünya ulduzlarının, xüsusən də Taylor Sviftin konsertlərinin keçirilməsi üçün istifadə olunmağa başlamışdı.
Lakin paytaxt sakinləri şəhərin tam mərkəzində yerləşən yenilənmiş arenadakı tədbirlərdən narazı qalıblar. Buna səbəb sakinlərin həddindən artıq səs-küylə bağlı çoxsaylı şikayətləridir.
Bütün tərəfləri qane edən bir həll tapılana qədər konsertlərin dayandırılması qərara alınıb.
İyul ayında tədbirin yerli vaxtla saat 23:00-dan gec olmayaraq başa çatacağı barədə razılaşma elan edilib. Bu qərara görə 4 konsert ləğv olunub.
Mirağa