Madriddə DƏHŞƏT: Federiko Valverde yaddaşını itirdi

Madriddə DƏHŞƏT: Federiko Valverde yaddaşını itirdi

"Kral Klubu"nun düşərgəsində yaşanan dava faciə ilə nəticələnib.

Fanat.Az xəbər verir ki, İspaniya mətbuatının yaydığı son məlumatlara görə, Federiko Valverde və Aurelyen Tçuameni arasında baş verən fiziki qarşıdurma zamanı uruqvaylı futbolçu ağır zədə alıb.

Yerə yıxılarkən başını sərt şəkildə çarpan Valverdenin qısa müddətli yaddaş itkisi yaşadığı bildirilir. Komanda yoldaşlarının ulduz yarımmüdafiəçini yerdə qanlar içində və yarı bayğın halda tapdıqları qeyd olunur.

Tçuameni hadisədən sonra Valverdedən üzr istəsə də, uruqvaylı oyunçu bunu qəbul etməyib. Klub həkimlərinin nəzarəti altında olan futbolçunun sağlamlıq durumu ilə bağlı rəsmi açıqlama gözlənilir.

Hazırda Madrid təmsilçisində intizam qaydalarının ən sərt şəkildə tətbiq olunacağı və hadisənin hüquqi müstəvidə araşdırılacağı danışılır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər