Madrid klubunun braziliyalısı İngiltərə təmsilçisinə keçir

Madrid klubunun braziliyalısı İngiltərə təmsilçisinə keçir

"Atletiko Madrid"in müdafiəçisi Renan Lodi karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb.

Xəbərə görə, Lodini "Nottingem Forest" icarəyə götürəcək. Braziliyalı oyunçunun icarəsinin ingilislərə 5 milyon avroya başa gələcəyi və Nottingem təmsilçisinin sonradan 30 milyon avro ödəyərək onun transfer hüquqlarına yiyələnə biləcəyi vurğulanıb.

Qeyd edək ki, 24 yaşlı Lodi "Atletiko Paranaense"nin yetirməsidir. O, 2019-cu ildən Madrid klubundadır. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər