Madrid klubunda yeni rekordçu

Madrid klubunda yeni rekordçu

"Atletiko" İspaniya çempionatının 5-ci turunda "Selta"nı darmadağın edib (4:1).

Fanat.Az "Mister Chip"ə istinadən xəbər verir ki, qarşılaşma Madrid klubunun yarımmüdafiəçisi Koke üçün əlamətdar olub.

"Atletoko"nun formasında bütün yarışlarda 551-ci matçına çıxan Koke klubda ən çox oyun keçirən, başqa sözlə, rekordçu futbolçu ünvanına sahib çıxıb. Təcrübəli yarımmüdafiəçi 1959-1976-cı illərdə "Atletiko"da 550 oyun keçirən Adelardonun göstəricisini yeniləyib. Madrid klubunun yetirməsi olan Koke 551 oyunda 47 qol vurub və 110 məhsuldar ötürmə verib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər