Madrid Araqonesə borclu qalmayacaq

Madrid Araqonesə borclu qalmayacaq

İspaniya yığmasının sabiq baş məşqçisi Luis Araqonesin adı əbədiləşdiriləcək. Fanat.az xəbər verir ki, 75 yaşında vəfat edjən mütəxəssisin adı Madridin küçələrindən birinə veriləcək.

Bu barədə şəhərin bələdiyyə sədri Ana Botella məlumat verib. Sədr "Atletiko"nun tikintisi davam edən yeni stadionunun yerləşdiyi bölgəyə Araqonesin adının verilməsi üçün şəhər məclisinə təklif göndərəcəyini bildirib: "Araqones gözəl idmançı və insan idi. Madridin xarakterini göstərən bir insanı itirdiyimiz üçün çox məyusam. Əlbətdə Madrid Araqonesə vəfa borcunu ödəyəcək".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər