Lyaiçin yeni klubu bəlli oldu

Lyaiçin yeni klubu bəlli oldu

"Beşiktaş"ın sabiq yarımmüdafiəçisi Adem Lyaiçin yeni klubu müəyyənləşib.

Fanat.Az xəbər verir ki, Serbiya millisinin üzvü Bosniya və Herseqovina təmsilçisi "Sarayevo"ya keçib.

Məlumatı paytaxt klubunun mətbuat xidməti yayıb. 33 yaşlı futbolçu müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.

Qeyd edək ki, Lyaiçin son klubu "Novi Pazar" olub. Orta xətt oyunçusu 2024/2025 mövsümündə bu komandanın heyətində meydana çıxdığı 36 oyunda 8 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər