Löv Ali Gökdemirin baş məşqçisindən danışdı

Löv Ali Gökdemirin baş məşqçisindən danışdı
"Tayfun Korkutu yaxından tanıyıram. Dürüst, istəkli və nə istədiyini bilən insandı". Fanat.az xəbər verir ki, bu sözləri Almaniya millisinin baş məşqçisi Yoahim Löv deyib.
Millimizin üzvü Ali Gökdemirin çıxış etdiyi "Hannover 96" baş məşqçi postunu türk mütəxəssisə tapşırıb. Löv isə "Bild" qəzetinə açıqlamasında onunla bağlı fikirlərini bildirib: "Karyerası ərzində fərqli ölkələrdə oynayıb və işləyib. Böyük məşqçilərlə çalışıb. İndiyədək A komandasına rəhbərlik etməsə də, kifayət qədər təcrübəlidi". 
Qeyd edək ki, Löv 1998/99 mövsümündə "Fənərbaxça"ya başçılıq etdiyi dövrdə Tayfun Korkut komandanın formasını geyinib.
Onu da qeyd edək ki, millimizin üzvü "Hannover 96"nın əsas komandasına cəlb olunub. Gökdemir qış toplanışında türk baş məşqçinin etimadını qazanmağa çalışacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər