Lunyov Rusiya yığmasında bir hissə oynayacaq

Lunyov Rusiya yığmasında bir hissə oynayacaq

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya millisinin qarşıdakı yoldaşlıq görüşlərindən birində çərçivəni qoruyacaq. 

Fanat.Az xəbər verir ki, bu barədə yığmanın qapıçı məşqçisi Vitali Kafanov "RB Sport"-a açıqlamasında deyib.

Kafanov heyətdə olan 4 qapıçının hamısına şans veriləcəyini, bu səbəbdən Serbiya və Paraqvayla yoxlama görüşlərinin hər hissəsində fərqli əlcək sahiblərinin meydana çıxacağını açıqlayıb. 

Qeyd edək ki, Rusiya yığması martın 21-də Serbiya, 25-də Paraqvayla qarşılaşacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər