Lüksemburq yığması Azərbaycan millisinə qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyununda rekorda imza ata bilər.
Fanat.Az xəbər verir ki, Lük Holtsun rəhbərlik etdiyi komanda qələbə sayəsində xallarının sayını 8-ə çatdıracaq. Bununla da Lüksemburq millisi dünya çempionatlarının seçmə mərhələlərində xal rekordunu yeniləyəcək.
Xatırladaq ki, Azərbaycan - Lüksemburq görüşü bu gün Bakı vaxtı ilə saat 21:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.