Lukas Podolski yenidən Türkiyə Super Liqasında

Lukas Podolski yenidən Türkiyə Super Liqasında
Lukas Podolski karyerasını yenidən Türkiyə Super Liqasında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, Almaniya millisinin sabiq üzvü "Antalyaspor"a keçib. Klubun mətbuat xidməti 33 yaşlı hücumçu ilə 1,5 illik müqavilə imzalandığını açıqayıb.
Qeyd edək ki, Podolski 2015-2017-ci illərdə "Qalatasaray”da çıxış edib. O, 2017-ci ildə 2.6 milyon avroya Yaponiyanın "Vissel Kobe" klubuna keçib. "Köln”ün yetirməsi olan futbolçu "Bavariya", "Arsenal”, "İnter” kimi klubların da formasını geyinib. Podolski Almaniya yığmasında 130 oyun keçirib, 49 qol vurub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər