Komandadan ayrılan Olivye Jiruya əvəzləyici axtaran "Milan" klubunun əsas transfer hədəfi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Canluka Di Martsio məlumat yayıb.
Mənbənin məlumatına görə, “rossonerilər” hücumçu Romelu Lukakunu icarəyə götürmək istəyir. İtaliya nəhəngi bununla bağlı artıq “Çelsi” rəhbərliyi ilə əlaqə saxlayıb.
Belçikalı futbolçunun transferində "Napoli" də maraqlıdır.
Romelu ötən mövsümü “Roma”da keçirib. 31 yaşlı forvard 47 matçda 21 qol vurub, 4 məhsuldar ötürmə edib.
Mirağa