Müqavilə ilə "Çelsi"yə məxsus olan, son mövsümü icarə əsasında "Roma"da keçirən Romelu Lukaku növbəti mövsümə digər İtaliya klubunda başlaya bilər.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış jurnalist Canluka Di Martsio şəxsi saytı vasitəsi ilə yayıb.
Xəbərə görə, "Napoli"yə baş məşqçi təyin ediləcəyi gözlənilən Antonio Konte artıq Lukakunun özü ilə əlaqə saxlayaraq onu planları ilə bağlı məlumatlandırıb. Mənbə sözügedən forvardın Neapol təmsilçisindən ayrılmaq ehtimalı yüksək olan Viktor Osimhenin yerinə gətiriləcəyini diqqətə çatdırıb.
Nihat