Lukaku mütləq rekordçuya çevrildi

Lukaku mütləq rekordçuya çevrildi

Milan "İnter"inin forvardı Romelu Lukaku Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında - "Portu" ilə ev oyununda komandasına qələbə gətirən qola imza ataraq rekordçuya çevrilib.

Fanat.Az xəbər verir ki,  86-cı dəqiqədə portuqaliyalıları məyus edən Romelu ÇL-də qol sayını 17-yə çatdırıb.

Nəticədə, sözügedən hücumçu qitənin ən nüfuzlu klub turnirində ən çox qol vuran belçikalı olub. O, həmyerlisi Dris Mertensi (16) geridə qoyub.

Qeyd edək ki, tərəflərin cavab görüşü martın 14-də Belçikada baş tutacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər