"Mançester Yunayted"lə yollarını ayıran Luis van Qaal italiyada çalışa bilər. Fanat.az xəbər verir ki, holland mütəxəssis "Milan"ın hədəfindədi.
İtaliya klubu artıq onunla danışıqlara başlayıb. 64 yaşlı mütəxəssisin alternativləri isə həmyerlisi Frank de Bur və portuqaliyalı Andre Villaş-Boaşdı.
Qeyd edək ki, Luis van Qaal "Mançester Yunayted"dən əvvəl "Ayaks", "Barselona", "Alkmaar", "Bavariya" klublarını və Hollandiya millisini çalışdırıb.
Fanat.az