Luis Suares Braziliya klubunda

Luis Suares Braziliya klubunda

Futbol üzrə Uruqvay millisinin hücumçusu Luis Suaresin yeni klubu bəlli olub.

Fanat.Az xəbər verir ki, təcrübəli forvard karyerasını Braziliyada davam etdirəcək.

35 yaşlı oyunçu "Qremio" ilə anlaşıb. Suaresin bu klubla iki illik müqavilə imzalayacağı gözlənilir.

Xatırladaq ki, uruqvaylı forvard son olaraq ölkəsində "Nasyonal"ın formasını geyinib. O, “Qroningen”, “Ayaks”, “Liverpul”, “Barselona” və “Atletiko” kimi klubların da uğurları üçün çalışıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər