Luiş Nani A Seriyasına geri döndü

Luiş Nani A Seriyasına geri döndü

Portuqaliyalı futbolçu Luiş Naninin yeni klubu bəlli olub. 

Fanat.Az xəbər  verir ki, 35 yaşlı vinger karyerasını “Venetsiya”da davam etdirəcək. 

Məlumatı İtaliya klubunun rəsmi saytı yayıb. 

Nani ilə müddəti 2023-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçunun son klubu ABŞ “Orlando Siti"si olub. 

Xatırladaq ki, Luiş Nani əvvəllər də İtaliya A Seriyasında oynayıb. O, 2017-2018-ci illər mövsümündə "Latsio"da forma geyinib. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər