Luçesku razılaşdı - Türkiyə nəhəngini çalışdıracaq

Luçesku razılaşdı - Türkiyə nəhəngini çalışdıracaq

Təcrübəli rumıniyalı məşqçi Mirça Luçeskunun yeni iş yeri bəlli olub. 

Fanat.Az xəbər verir ki, 78 yaşlı çalışdırıcı "Beşiktaş"a başçılıq etməyə razılaşıb. 

Bu barədə Rumıniyanın "iAM SPORT" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Luçeskunun yaxınları onun qarşıdakı bir neçə həftə ərzində İstanbul nəhənginin sükanı arxasına keçəcəyi ilə bağlı klubla razılaşdığını bildiriblər. Baş məşqçi özü isə məlumatı şərh etməkdən boyun qaçırıb.

Luçesku 2002-ci ilin iyulundan 2004-cü ilin mayına kimi "Beşiktaş"a rəhbərlik edib. O, “qartallar”la 2002/03 mövsümündə Türkiyə çempionluğunu qazanıb.

“Beşiktaş” aprelin 14-də Fernandu Santuşu baş məşqçi postundan rəsmən uzaqlaşdırdığını açıqlayıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər