Luçesku Kiyev "Dinamo"sunu Fransa klubuna dəyişir - SON DURUM

Luçesku Kiyev "Dinamo"sunu Fransa klubuna dəyişir - SON DURUM

Kİyev "Dinamo"sunun baş məşqçisi Mirça Luçesku karyerasını Fransada davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Рrosport.ro" yayıb.

Xəbərə görə, Luçeskunun xidmətində "Nitsa" rəhbərliyi maraqlıdır. Mənbə tərəflərin artıq görüşdüyünü və bu yöndə müzakirələr apardığını vurğulayıb.

"Nitsa"nın baş məşqçisi Lüsyen Favr bu ilin əvvəlində istefaya göndərilib. Onu müvəqqəti olaraq Didye Diqar əvəzləyib. Komanda Diqarın rəhbərliyi altında ardıcıl 13 oyunda uduzmayıb və hazırda turnir cədvəlinin 7-ci pilləsində mövqe tutub. 

Luçeskunun "Dinamo" ilə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər