"Şaxtyor"un sabiq çalışdırıcısı Mirça Luçesku Kiyev "Dinamo"sunun yeni baş məşqçisi ola bilər.
Fanat.Az Dynamo.kiev.ua saytına istinadən xəbər verir ki, Luçesku Buxarestdən çarter reysi ilə Ukrayna paytaxtına yola düşüb. 74 yaşlı mütəxəssis "Dinamo"nun baş məşqçi postuna əsas namizədlərdən biridi.
Daha öncə Sergey Rebrov "kiyevlilər"in təklifini qəbul etməmişdi.
Luçeskunun son iş yeri Türkiyə millisi olub.
Fanat.Az