Luçesku "Dinamo"dan niyə ayrıldı? - Özü dedi

Luçesku "Dinamo"dan niyə ayrıldı? - Özü dedi

Kiyev "Dinamo"sunun baş məşqçisi Mirça Luçesku müvəqqəti olaraq komandadan ayrıldığını bəyan edib.

Fanat.Az xəbər verir ki, "ua.tribuna.com" rumın mütəxəssisin dediklərini belə çatdırıb:

"Bu andan xəstəxanaya yollanıram. Ayağım əməliyyat edilməlidir. Mən olmadığım müddətdə komandadakı işimi Aleksandr Şovkovski görəcək. Ancaq hər zaman vəziyyəti nəzarətdə saxlayacağıq. Ukraynadan ayrıla da bilərdim, ancaq komandaya yaxın olmaq üçün əməliyyatın Kiyevdə edilməsi vacibdir. Bu həm oyunçular, ola bilsin ki, həm də ölkə üçün önəmlidir".

Qeyd edək ki, Luçesku 2020-ci ildən "Dinamo"nu çalışdırır. Onun kiyevlilərlə müqaviləsinin müddəti 2024-cü ilə qədər nəzərdə tutulub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər