Loran Blan bu klubun baş məşqçisi oldu - RƏSMİ

Loran Blan bu klubun baş məşqçisi oldu - RƏSMİ

Fransalı mütəxəssis Loran Blan karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Fanat.Az xəbər verir ki, o, "Əl-İttihad"a baş məşqçi təyin olunub.

Məlumatı sözügedən klubun saytı yayıb.

Daha öncə Fransa millisini və PSJ-ni də çalışdıran Blan son olaraq 2023-cü ilin sentyabrında qovulduğu "Olimpik Lion"da işləyib.

Xatırladaq ki, "Əl-İttihad"ın əvvəlki baş məşqçisi Marselo Qalyardo komandanın ulduz hücumçusu Kərim Benzema ilə insident yaşadığı üçün istefaya göndərilib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər