Ötən ilin avqustunda "Vulverhempton"dan ayrılanda sonra işsiz olan Xulen Lopeteqi İtaliya nəhənginin baş məşqçisi olmağa ən real namizədlərdəndir.
Fanat.Az xəbər verir ki, məlumatı "Relevo" yayıb.
Mənbə "Milan" rəhbərliyinin ümidləri doğrulda bilməyən Stefano Piolini məhz bu mütəxəssislə əvəzləməyi hədəflədiyini vurğulayıb. Xəbərə görə, "qırmızı-qaralar"ın idarəçiləri Lopeteqinin iş metodunu, bacarıqlarını, gənclərlə işləmək məharətini və uğurlu inkişaf planını olduqca yüksək qiymətləndirir və ona inanırlar.
Qeyd edək ki, 23 tura 49 xal toplayan "Milan" A Seriyasının turnir cədvəlində 3-cü pillədə mövqe tutub.