İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema Avropanın top-5 liqalarında çıxış edən oyunçular arasında qol və məhsuldar ötürmələrə görə birinci pilləyə yüksəlib.
Fanat.Az xəbər verir ki, 35 yaşlı hücumçu bu mövsüm "Real" formasıyla vurduğu qollarının sayını 37-yə çatdırıb.
13 məhsuldar ötürmə müəllifi də olan Benzema 50 qolun vurulmasında birbaşa iştirak ki, bu da ən yüksək göstəricidir.
Fransa millisinin forvardının ən yaxın izləyicisi "Bayern Münhen"in polşalı ulduzu Robert Levandovskidir. Levandovskinin hesabında 45 qol, 4 məhsuldar ötürmə var.
Qeyd edək ki, Kərim Benzema İngiltərədə "Çelsi"yə 3:1 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda het-trik edib.