London və Madrid nəhəngləri ulduzlarını dəyişdirdilər - SON DURUM

London və Madrid nəhəngləri ulduzlarını dəyişdirdilər - SON DURUM

"Çelsi" ilə "Atletiko Madrid" klubları ulduz hücumçu Joau Feliksin transferi ilə bağlı razılığa gəliblər. 

Fanat.Az xəbər verir ki, bu barədə “Athletic” məlumat yayıb.

Mənbənin məlumatına görə, söhbət birdəfəlik transferdən gedir. "Zadəganlar" portuqaliyalı qoleador ilə 6 illik müqavilənin şərtlərini də razılaşdırıblar. 

Anlaşmanın tərkib hissəsi olaraq yarımmüdafiəçi Konor Qallager də Madridə gedəcək. 

Feliks keçən mövsüm "Barselona"da icarə əsasında çıxış edib. O, Kataloniya klubunda keçirdiyi 44 matçda 10 qol vurub və 6 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər