London nəhəngləri hərəkətə keçdi - Ulduz hücumçu üçün 80 milyon avro

London nəhəngləri hərəkətə keçdi - Ulduz hücumçu üçün 80 milyon avro

"Arsenal" və "Tottenhem" yay transfer pəncərəsində eyni futbolçunu heyətinə qatmaq üçün mübarizə aparır.

Fanat.Az İngiltərə mətbuatına istinadən xəbər verir ki, hər iki London klubu Meyson Qrinvudu transfer etməkdə maraqlıdır.

Avropanın bir çox aparıcı klublarının diqqət mərkəzində olan gənc forvarda ümumilikdə 80 milyon avro qiymət qoyulduğu bildirilir.

İki əzəli rəqibin bu transfer yarışından hansının qalib ayrılacağı maraqla gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər