London nəhəngi özünə yeni qapıçı tapdı

London nəhəngi özünə yeni qapıçı tapdı

Niderlandın "Ayaks" klubunun qapıçısı Diant Ramay karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək imkanına malikdir. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Tribal Football" yayıb. 

London "Arsenal"ı futbolçunun xidmətində maraqlıdır və onu Aaron Ramsdeyl üçün əvəzedici kimi görür. 

Ramay "Ayaks"a keçən yay Frankfurt "Ayntraxt"ından 5 milyon avroya keçib. Onun Niderland klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyunun sonuna kimidir. 22 yaşlı qolkiper Erediviziyanın cari mövsümündə 17 oyun keçirib. Ramay bu görüşlərdə 26 qol buraxıb və 2 matçda qapısını toxunulmaz saxlaya bilib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər