London nəhəngi keçmiş qapıçısını geri qaytarır

London nəhəngi keçmiş qapıçısını geri qaytarır

Transfer hüquqları "Yuventus"a məxsus olan polşalı qapıçı Voytsex Şesni İngiltərə Premyer Liqasına qayıda bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə "Goal" məlumat yayıb. 

Mənbənin məlumatına London “Arsenal”ı qapıçının xidmətində maraqlıdır. "Topçular" onu yayda klubunu dəyişmək istəyində olan Aaron Ramsdeylin yerinə cəlb etməyi planlaşdırırlar. 

Xatırladaq ki, Şesni əvvəllər "Arsenal"da çıxış edib. O, 2009-2017-ci illərdə London komandasının rənglərini qoruyub. 

34 yaşlı qolkiper bu mövsüm İtaliya A Seriyasında 33 oyun keçirib. O, bu görüşlərdə 26 qol buraxıb, 16 matçda isə qapısını toxunulmaz saxlayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər