London nəhəngi gözünü irlandiyalı forvarda dikib

London nəhəngi gözünü irlandiyalı forvarda dikib

London “Arsenal”ı heyətinə İngiltərə Premyer Liqasının digər klubunun hücumçusunu cəlb etməyi düşünür. 

Fanat.Az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb. 

Mənbənin məlumatına görə, “topçular” yayda “Brayton”un forvardı Evan Ferqyusonu transfer etməyi planlaşdırır. 19 yaşlı irlandiyalı futbolçu "Arsenal"ın namizədlərindən biridir. 

Ferqyuson keçən yay top-klubların hədəfində olsa da, o, ən azı bir mövsüm də "Brayton"da qalmağa qərar vermişdi. 

Gənc hücumçu İngiltərə Premyer Liqasının bu mövsümündə 24 matçda 6 qol vurub. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər