London nəhəngi belçikalı istedada elçi düşdü - Onu MS də istəyir

London nəhəngi belçikalı istedada elçi düşdü - Onu MS də istəyir

Londonun “Arsenal” klubu “Atalanta”nın yarımmüdafiəçisi Şarl de Ketelare ilə yaxından maraqlanır. Fanat.Az xəbər verir ki, məlumatı "TeamTalk" yayıb.  Mənbənin məlumatına görə", "topçular"ın baş məşqçisi Mikel Arteta şəxsən futbolçunu bəyənib. İspan mütəxəssis belçikalının oyun üslubunun pərəstişkarıdır. London klubu futbolçunu qışda transfer etməyi hədəfləyir. Futbolçunun klubla müqaviləsi 2027-ci ilə qədər qüvvədədir. “Mançester Siti”, “Tottenhem”, “Nyukasl” və “Vest Hem” də yarımmüdafiəçini almağı düşünür.

Ümumilikdə belçikalı "Atalanta"nın heyətində 60 oyun keçirib. Onun aktivində 15 qol və 12 məhsuldar ötürmə var. "Transfermarkt" futbolçununu dəyərini 34 milyon avro qiymətləndirir. Şarl Belçika millisində 20 oyun keçirib.  Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər