London klubunda məşqçi ayrılığı - Yeni iş yeri də bəllidi

London klubunda məşqçi ayrılığı - Yeni iş yeri də bəllidi

"Tottenhem"in baş məşqçisi Angelos Postekoğlunun köməkçisi Kris Devis klubu tərk edib. 

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. 

Mənbənin məlumatına görə, 39 yaşlı məşqçi Çempionşip təmsilçisi "Birmingem"in "sükanı arxası"na keçəcək. Bu, onun baş məşqçi kimi ilk iş təcrübəsi olacaq. 

Devis 27 iyun 2023-cü ildən “Tottenhem”də çalışırdı. Bundan əvvəl o, müxtəlif klublarda, o cümlədən "Liverpul"da təxminən 10 il Brendan Rocersin köməkçisi olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər