London klubu seneqallı müdafiəçidən əl çəkmir

London klubu seneqallı müdafiəçidən əl çəkmir

"Napoli"nin müdafiəçisi Kalidu Kulibali İngiltərə Premyer Liqasında oynamağa yaxındır. 

Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, 31 yaşlı seneqallının xidmətində "Çelsi" maraqlıdır.

Mənbənin məlumatına görə, London klubu “Napoli”nin Kulibali üçün tələb edəcəyi transfer məbləğini ödəməyə hazırdır. 

Kulibalinin "Napoli" ilə müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq. Bundan əvvəl İtaliya mətbuatı seneqallının kluba sadiq qalaraq karyerasını "Napoli"də bitirmək, buna görə müqavilənin müddətini uzatmaq istədiyini yazmışdı. O, artıq “Barselona” və “Yuventus”un təkliflərindən imtina edib.

Müdafiəçi 2021/2022 mövsümündə "Napoli"nin heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər