London klubu MY-nin oyunçusu ilə gücləndi - RƏSMİ

London klubu MY-nin oyunçusu ilə gücləndi - RƏSMİ

"Mançester Yunayted"in müdafiəçisi Aaron Van-Bissaka karyerasını Premyer Liqanın digər təmsilçisində davam etdirəcək.

Fanat.Az xəbər verir ki, o, "Vest Hem"ə keçib.

London klubu Van-Bissaka ilə müqavilə imzaladığını rəsmən açıqlayıb. 26 yaşlı futbolçu ilə uzun müddətli - 7 mövsüm qüvvədə olacaq müqavilə imzalanıb.

Transferin məbləği rəsmi olaraq açıqlanmasa da, tanınmış insayder Fabritsio Romanonun verdiyi məlumata görə, "Vest Hem" "Mançester Yunayted"ə 15 milyon ingilis funt-sterlinq ödəyəcək. 

Qeyd edək ki, 2019-cu ildən “Mançester Yunayted”in formasını geyinən Van-Bissaka geridə qalan mövsümdə 30 matça çıxaraq 3 məhsuldar ötürmə müəllifi olub. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər