London klubu 140 milyona alınan Dembeleni bu qiymətə istəyir

London klubu 140 milyona alınan Dembeleni bu qiymətə istəyir

"Barselona"nın hücumçusu Usman Dembele karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, hazırdfa Fransa yığmasının heyətində DÇ-2022-də iştirak edən futbolçunun xidmətində "Çelsi" maraqlıdır.

Xəbərə görə, London təmsilçisi cari mövsümün sonunda 50 milyon avro ödəyərək Dembeleni heyətinə qatmağı planlaşdırır. Mənbə "zadəganlar"ın baş məşqçisi Qrem Potterin fransalı oyunçunun xidmətində şəxsən maraqlı olduğunu və bu barədə rəhbərliklə danışdığını bildirib.

Qeyd edək ki, "Barselona" Dembeleni 2017-ci ildə, 140 milyon avro qarşılığında Dortmund "Borussiya"sından transfer edib. 

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər