London derbisində Rüdigerə alışqan atdılar

London derbisində Rüdigerə alışqan atdılar

Ötən gün İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində "Çelsi" doğma meydanda "Tottenhem"i 2:0 hesabı ilə məğlub edib.

Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, oyunu zamanı "Tottenhem" tərəfdarları "Çelsi"nin müdafiəçisi Antonio Rüdigerin üzərinə alışqan, şüşə açan və başqa yad əşyalar atıblar. 

Alman futbolçu baş hakim Pol Tirninin diqqətini azarkeşlərin davranışına yönəltsə də, bu, oyunun dayandırılmasına səbəb olmayıb.

Qeyd edək ki, görüşdə "Çelsi"nin qollarını Hakim Ziyeş (47) və Tiaqo Silva (55) vurub.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər