Liviya milli komandasını ispan mütəxəssis çalışdıracaq. Fanat.az xəbər verir ki, futbol federasiyası baş məşqçi postuna Xavyer Klementeni gətirib. Hazırda Trablusda olan 63 yaşlı mütəxəssis 2 illik müqavilə imzalayıb.
İspaniya mətbutına açıqlama verən Klemente uzun müddət mübaribə getmiş və hələ də sabitliyin tam bərpa olunmadığı ölkəyə işləməkdən qorxmadığını bildirib: "Liviyaya gedəndə narahat idim. Amma qorxmuram. Narahatlığım buraları tanımamağımdan qaynaqlanır. Ölkədə bəzi yerlər tamamilə dağılıb, bəzi yerlər isə normaldı. Mən, hər şeyin normal olduğu bir yerdə yaşayacağam və həmişə bu ölkədə qalmayacağam".
Qeyd edək ki, son olaraq İspaniyada "Sportinq"i çalışdıran Klemente 1992-1998-ci illərdə İspaniya, 2006-2007-də Serbiya, 2010-2011-də isə Kamerun millilərinə başçılıq edib. O, məşqçi karyerası ərzində "Atletik", "Espanyol", "Atletiko", "Real Sosyedad", "Marsel" və başqa klubları da çalışdırıb.
Fanat.az