Liqa I: PSJ oyunu çevirdi

Liqa I: PSJ oyunu çevirdi

Futbol üzrə Fransa çempionatında 15-ci tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, turun əksər qarşılaşmaları son oyun gününə təsadüf edib.   “Monako” - “Strasburq” qarşılaşması heç-heçə ilə bitib. “Bordo” evdə “Brest”ə, “Loryan” isə “Renn”ə uduzub. “Reyms” də “Klermon”la ev oyunundan qalib ayrılıb.   Lider PSJ səfərdə “Sent-Etyen”in müqavimətini qırmağa çalışıb. Hesabı meydan sahibləri açıblar. Amma Paris təmsilçisi qalan dəqiqələrdə vəziyyəti xeyrinə dəyişməyi bacarıb.    “Olimpik Lion” “Monpelye”ni sınağa çəkib və minimal hesabla qalib gəlib.   “Olimpik Marsel” – “Trua” oyununda isə meydan sahibləri minimal hesabla üstün olublar.

Fransa Liqa 1  XV tur 28 noyabr

Sent-Etyen – PSJ 1:3 Qollar: Buanqa, 23 – Markinyos, 45+1; 90+1. Di Mariya, 79.   Bordo – Brest 1:2 Qollar: Qreqersen, 43 – Le Duaron, 60; 66.   Loryan – Renn 0:2 Qollar: Labord, 75. Doku, 78.   Monako – Strasburq 1:1 Qollar: Ben Yedder, 45+1-pen. – Ayorke, 48-pen.   Reyms – Klermon 1:0 Qol: Kanon, 90+1.   Monpelye – Olimpik Lion 0:1 Qol: Paketa, 17.   Olimpik Marsel – Trua 1:0 Qol: Lirola, 74.  

27 noyabr

Lill – Nant 1:1 Qollar: Burak Yılmaz, 9 - Blas, 24. 

Nitsa – Mets 0:1 Qol: Sentonz, 31.

26 noyabr

Lans – Anje 2:2 Qol: Kakuta, 48. Sotoka, 55 – Bufal, 40. Tomas, 70.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər