Liqa 1: "Renn" səfərdə, "Monako" evdə şou göstərdi

Liqa 1: "Renn" səfərdə, "Monako" evdə şou göstərdi

Futbol üzrə Fransa Liqa 1-də 17-ci tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, turun əksər görüşləri sonuncu oyun gününə təsadüf edib.

“Bordo” – “Olimpik Lion" qarşılaşmasında tərəflər hərəyə 2 qol vuraraq 1 xal qazanıb.

“Monako” evdə “Mets”i, “Monpelye” “Klermon”u üstələyib.

“Sent-Etyen” öz meydanında “Renn”ə, “Loryan” “Nant”a, “Reyms” “Anje”yə, “Nitsa” isə “Strasburq”a boyun əyib.

Fransa Liqa 1 XVII tur 5 dekabr

Sent-Etyen – Renn 0:5 Qollar: Terrye, 22; 28; 48. Makon, 45-öz qapısına. Uqoçukvu, 83.   Loryan – Nant 0:1 Qol: Siprien, 83.   Monako – Mets 4:0 Qollar: Diop, 2. Volland, 44-pen. Martins, 57. Ben Yedder, 87.   Monpelye – Klermon 1:0 Qol: Vahi, 28.   Reyms – Anje 1:2 Qollar: Ekitike, 59-pen – Bufal, 49-pen. Fulgini, 75.   Nitsa – Strasburq 0:3 Qollar: Ayorke, 21. Diallo, 81. Tomasson, 84.   Bordo – Olimpik Lion 2:2 Qollar: Qusto, 36-öz qapısına. Elis, 58 – Denayer, 29. Mendes, 41.

4 dekabr

Marsel – Brest 1:2 Qollar: Jerson, 29 - Fevr, 53, pen., Onora, 71.

Lill – Trua 2:1 Qollar: Devid, 48, Jirodon, 85, avtoqol - Devid, 48.

Lans – PSJ 1:1 

Qollar: Seko Fofana, 62. - Gorcino Viynaldum, 90+2.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər