Liqa 1: "Olimpik Lion" səfərdə üzüldü

Liqa 1: "Olimpik Lion" səfərdə üzüldü

Fransa Liqa 1-də 15-ci tura yekun vurulub

Fanat.Az xəbər verir ki, bu gün 4 oyun keçirilib.

"Havr" - "Paris" duelində qol qeydə alınmayıb. "Nitsa" öz meydanında "Anje"yə məğlub olub. "Oser" evdə "Mets"i, "Loryan" isə "Olimpik Lion"u yenib.

Hazırda 34 xala malik "Lans" turnir cədvəlinin şəriksiz liderdir. PSJ 33 xalla ikincidir. "Olimpik Marsel" ilə "Lill" 29, "Olimpik Lion" ilə "Renn" 24, "Monako" 23 xal toplayıb.

Fransa Liqa 1 15-ci tur 5 dekabr

Brest – Monako 1:0 Qol: K.Dumbiya, 28.

Lill – Olimpik Marsel 1:0 Qol: E.Mbappe, 10.

6 dekabr

Nant – Lans 1:2 Qollar: Əl Ərəbi, 38 – Toven, 34. Said, 81.

Tuluza – Strasburq 1:0 Qol: Emersonn, 18.

PSJ – Renn 5:0 Qollar: Kvaratsxeliya, 28; 67. Mayulu, 39. Mbaye, 88. Q.Ramos, 90+1.

7 dekabr

Nitsa – Anje 0:1 Qol: Belxdim, 33.

Oser – Mets 3:1 Qollar: Sinayoko, 36-pen. El Azzuzi, 39. Danua, 89 – Heyn, 45+1.

Havr – Paris 0:0

Loryan – Olimpik Lion 1:0 Qol: Pagis, 39.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər