Liqa 1: PSJ zirvəyə yüksələ bilmədi

Liqa 1: PSJ zirvəyə yüksələ bilmədi

Fransa Liqa 1-də 4-cü tur başa çatıb. 

Fanat.Az xəbər verir ki, bu gün daha yeddi matç keçirilib.

“Nant” evdə “Tuluza”nı, “Loryan” “Klermon”u, “Trua” “Anje”ni yenib. "Monpelye" rəqib meydanında “Brest”i rüsvay edibsə, “Olimpik Marsel” səfərdə “Nitsa”nı 3 cavabsız qolla üstələyib.  

“Olimpik Lion” “Reyms”lə səfər oyununda qələbə qazana bilməyib. 

PSJ “Monako”nu qəbul edib. Əvvəlki turlarda büdrəməyn Paris təmsilçisi bu dəfə xal itirib və şıriksiz liderlik şansını əldən verib.

Liqa 1

IV tur

28 avqust

Nant – Tuluza 3:1 Qollar: Gessand, 50. M.Məhəmməd, 55. Simon, 61 – Abuxlal, 15.

Brest – Monpelye 0:7 Qollar: Mauassa, 6. Vahi, 10; 31. Xazri, 11. Kotsa, 25. Jermen, 64; 84.

Loryan – Klermon 2:1 Qollar: Moffi, 24; 41 – Çam, 62.

Nitsa – Olimpik Marsel 0:3 Qollar: Sançes, 10; 42. Tavares, 37.

Trua – Anje 3:1 Qollar: Ripar, 12. Balde, 61. Odober, 82 – Dioni, 67.

Reyms – Olimpik Lion 1:1 Qollar: İto, 24 – Dembele, 86.

PSJ – Monako 1:1 Qollar: Neymar, 70-pen. – Folland, 20.

27 avqust

Oser – Strasburq 1:0 Qol: Perrin, 29.

Lans – Renn 2:1 Qollar: Fofana, 66. Openda, 70 – Labord, 90+1.

26 avqust

Ayaçço – Lill 1:3 Qollar: Bayala, 84 – Y.Yazıcı, 17. C.Bamba, 43. Djalo, 67.

Liqa 1: PSJ zirvəyə yüksələ bilmədi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər