Liqa 1: PSJ-yə 1 qol bəs etdi

Liqa 1: PSJ-yə 1 qol bəs etdi

Fransa çempionatında 8-ci tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, bu gün daha yeddi görüş reallaşıb.

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Nant” evdə “Lans”la qolsuz heç-heçə edib. 

“Olimpik Marsel” öz meydanında “Renn”lə bərabərə qalıbsa, “Monako” qonaq qismində “Reyms”i böyük hesabla üstələyib. 

Son çempion PSJ “Olimpik Lion”u səfərdə tək qolla yenib.

8 turdan sonra PSJ 22 xalla liderdir. “Olimpik Lion” 20 xalla 2-ci, “Loryan” 19 xalla 3-cü, “Lans” 18 xalla 4-cü, “Monako” 14 xalla 5-cidir. 

Liqa 1

VIII tur 

18 sentyabr

Reyms – Monako 0:3 Qollar: Qolovin, 47. Minamino, 87. Ben Yedder, 90.

Brest – Ayaçço 0:1 Qol: Hamuma, 65.

Klermon – Trua 1:3 Qollar: Qastyen, 3 – Balde, 23; 54. Ripar, 83.

Olimpik Marsel – Renn 1:1 Qollar: Genduzi, 52 – Genduzi, 25-öz qapısına.

Nitsa – Anje 0:1 Qol: Bentaleb, 43.

Nant – Lans 0:0

Olimpik Lion – PSJ 0:1 Qol: Messi, 5.

17 sentyabr

Monpelye – Strasburq 2:1 Qollar: Nordin, 17. Savanye, 90+4 - Diallo, 85.

Lill – Tuluza 2:1 Qollar: David, 5. Unas, 53 - Çaibi, 48.

16 sentyabr

Oser – Loryan 1:3 Qollar: Hayn, 50 - Uattara, 15. Moffi, 36. Le Fi, 42.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər