Fransa çempionatında 2-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, ikinci oyun günündə iki matç oynanılıb. İlk turda xal itirən “Lill” bu dəfə öz meydanında biabır olub. “Nitsa” çempionun qapısına 4 cavabsız qol vurub. Heyətini Lionel Messi ilə gücləndirən PSJ isə “Strasburq”un Parisdə sürprizə imza atmasına imkan verməyib. Liqa 1 2-ci tur 14 avqust Lill – Nitsa 0:4 Qollar: Dolberq, 1; 64. Budaui, 5. Quiri, 45+1. PSJ – Strasburq 4:2 Qollar: İkardi, 3. Mbappe, 25. Draksler, 27. Sarabiya, 86 – Qameyro, 53. Ayorke, 64.
Nihat