Futbol üzrə Fransa çempionatında 20-ci tur yekunlaşıb.
Fanat.Az xəbər verir ki, son oyun günündə beş qarşılaşma baş tutub.
“Brest” evdə “Nitsa”ya, “Mets” isə “Strasburq”a uduzub.
“Klermon” - “Reyms” və “Nant” - “Monako” "quru sülh"lə bitib.
PSJ isə “Olimpik Lion”un qonağı olub. Paris təmsilçisi evə 1 xalla dönüb.
Bu tur keçirilməli olan “Anje” – “Sent-Etyen”, “Lill” – “Loryan” və “Monpelye” – “Trua” matçları komandaların heyətlərində koronavirusa yoluxma hallarının artması səbəbindən təxirə salınıb.
Fransa Liqa 1 20-ci tur 9 yanvar
Brest – Nitsa 0:3 Qollar: Dolberq, 13. Delor, 79. Quiri, 90+3. Klermon – Reyms 0:0 Mets – Strasburq 0:2 Qollar: Ayorke, 50. Aholu, 90+1. Nant – Monako 0:0 Olimpik Lion – PSJ 1:1 Qollar: Paketa, 7 – Kehrer, 76.
8 yanvar
Lans – Renn 1:0 Qol: Said, 89.
7 yanvar
Bordo – Olimpik Marsel 0:1 Qol: Ündər, 37.