Liqa 1: PSJ səfərdə uduzdu

Liqa 1: PSJ səfərdə uduzdu

Fransa çempionatında 19-cu tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, bu gün daha 7 qarşılaşma baş tutub.

“Reyms” - “Nitsa” matçında qapılara qol vurulmayıb. “Tuluza” - “Brest” görüşündə də tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Lill” doğma meydanda “Trua”nı, “Monako” isə “Ayaçço”nu böyük hesabla məğlub edib. “Nant” da “Monpelye” ilə səfər oyununda darmadağına imza atıb. Lider PSJ isə “Renn”lə səfər oyununda məğlubiyyətə üzülüb.

19 turdan sonra PSJ 47 xalla vahid liderliyini qoruyur. “Lans” 44 xalla ikinci, Marsel “Olimpik”i 42 xalla üçüncüdür. “Monako” və “Renn” 37, “Lill” 34 xal əldə ediblər.

Fransa, Liqa 1 19-cu tur 14 yanvar

Lans – Oser 1:0 Qol: Frankovski, 59-pen.

Olimpik (Marsel) – Loryan 3:1 Qol: Kolaşinaç, 38. A.Sançes, 53. Veretu, 59 – Moffi, 29.

Olimpik (Lion) – Strasburq 1:2 Qol: Lakazett, 45+1-pen – Aholu, 29. Diallo, 32.

15 yanvar

Lill – Trua 5:1 Qol: Bayo, 16; 47. David, 45+1; 88. Vircinius, 75 – Balde, 65.

Anje – Klermon 1:2 Qol: Bufal, 80 – Raşani, 40. Borges, 47.

Monpelye – Nant 0:3 Qol: Jirotto, 45+12. M.Məhəmməd, 81. Blas, 84.

Reyms – Nitsa 0:0

Tuluza – Brest 1:1 Qol: Abuxlal, 65 – Munye, 18.

Monako – Ayaçço 7:1 Qol: Disasi, 2. Diatta, 6. Ben Yedder, 21; 28; 35-pen. Embolo, 63; 89 - Belaili, 11.

Renn – PSJ 1:0 Qol: Traore, 65.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər