Liqa 1: PSJ rəqibini səfərdə rüsvay etdi

Liqa 1: PSJ rəqibini səfərdə rüsvay etdi

Futbol üzrə Fransa çempionatında - Liqa 1-də 3-cü tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, son oyun günündə yeddi görüş keçirilib.

“Strasburq” - “Reyms” və “Tuluza” - “Loryan” matçları heç-heçə bitib. “Klermon” öz meydanında “Nitsa”nı, “Renn” “Ayaçço”nu üstələyib. 

“Anje” və “Monpelye” bu tur evdə məğlubiyyət acısı dadıb. 

PSJ isə “Lill”i səfərdə rüsvay edib. 

3 turdan sonra maksimum nəticə göstərmiş yeganə komanda – PSJ 9 xalla zirvədə mövqe tutub. 

Fransa Liqa 1 III tur

21 avqust

Strasburq – Reyms 1:1 Qollar: Djiku, 45+2 – Baloqun, 81.

Anje – Brest 1:3 Qollar: Bufal, 70 – Duaron, 10; 38. Dari, 65.

Klermon – Nitsa 1:0 Qol: Xaui, 6.

Monpelye – Oser 1:2 Qollar: Saxo, 39 – Da Kosta, 70. Autret, 75.

Tuluza – Loryan 2:2 Qollar: Ratao, 31. Dallinqa, 64 – Loryente, 2. Kone, 80-pen. 

Renn – Ayaçço 2:1 Qollar: Terrye, 18. Teate, 62 – El İdrissi, 57.

Lill – PSJ 1:7 Qollar: Bamba, 54 – Mbappe, 1; 66; 86. Messi, 27. Hakimi, 39. Neymar, 43; 52. 

20 avqust

Monako – Lans 1:4 Qollar: Badiaşile, 41 – Openda, 7. Maşado, 38. Fofana, 55-pen. Said, 78.

Olimpik Marsel – Nant 2:1 Qollar: Mbemba, 71. Pallua, 82-öz qapısına – Blas, 78-pen.

19 avqust

Olimpik Lion – Trua 4:1 Qollar: Lyakazett, 3. Talyafiko, 46. Tete, 49; 75 – Tardye, 39-pen.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər