Liqa 1: PSJ Parisdə sürprizə imkan vermədi

Liqa 1: PSJ Parisdə sürprizə imkan vermədi

Fransa Liqa 1-də 17-ci tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, son oyun günündə dörd matç baş tutub.

“Havr” – “Lans”, “Tuluza” – “Strasburq” və “Monpelye” – “Anje” görüşlərində qonaqlar qalib gəliblər. PSJ isə evdə “Sent Etyen”i üstələyib.

Hazırda 43 xalı olan PSJ vahid liderdir. “Olimpik Marsel” 36 xalla ikinci, “Monako” 31 xalla üçüncü pillədə qərarlaşıb. “Nitsa”nın 32, “Lill”in 29, “Olimpik Lion”un 28, “Lans”ın 27, “Tuluza”nın 24 xalı var.

Fransa Liqa 1 17-ci tur 10 yanvar

Nant – Monako 2:2 Qollar: Abline, 12. Amian, 47 – Embolo, 52. Salisu, 59.

Oser – Lill 0:0

11 yanvar

Brest – Olimpik Lion 2:1 Qollar: M.Kamara, 8. Ayork, 25 – Veretu, 45+1.

Reyms – Nitsa 2:4 Qollar: İto, 34. Diaxon, 71 – Gessan, 28. Laborde, 44-pen; 64. Abdi, 86.

Renn – Olimpik Marsel 1:2 Qollar: Kalimuendo, 43 – Qrinvud, 45. Rabyo, 49.

12 yanvar

Havr – Lans 1:2 Qollar: Ayyu, 8 – Koyalipu, 28. Maşado, 77.

Monpelye – Anje 1:3 Qollar: Savanye, 61-pen – Lepaul, 30; 69. Ferhat, 90+9.

Tuluza – Strasburq 1:2 Qollar: Dukure, 35-öz qapısına – Emeqa, 14; 26.   PSJ – Sent Etyen 2:1 Qollar: Dembele, 13; 23 – Davitaşvili, 64.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər