Liqa 1: PSJ Parisdə qazandı

Liqa 1: PSJ Parisdə qazandı

Futbol üzrə Fransa çempionatında 18-ci tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, turun əksər qarşılaşmaları bazar günü baş tutub.   “Mets” öz meydanında “Loryan”ı meydana çıxdığına peşman edibsə, “Anje” evdə “Klermon”a, “Renn” “Nitsa”ya, “Trua” isə “Bordo”ya uduzub.   Son çempion “Lill”in "Olimpik Lion” ilə "quru sülh"ə razılaşdığı turda “Olimpik Marsel” səfərdə “Strasburq”u inamla üstələyib.

Turun mərkəzi görüşü Parisdə keçirilib. Lider PSJ “Monako”nu iki cavabsız qolla yenib.

Fransa Liqa 1 18-ci tur

12 dekabr

Lill – Olimpik Lion 0:0   Anje – Klermon 0:1 Qol: Bayo, 84.   Mets – Loryan 4:1 Qollar: Sarr, 5. Yens, 9-öz qapısına. Bulaya, 19. Niane, 80 – Yens, 69.   Renn – Nitsa 1:2 Qollar: Buriqe, 59 – Dolberq, 19-öz qapısına. Atal, 51.   Trua – Bordo 1:2 Qollar: Şavalerin, 28 – Salmye, 30-öz qapısına. Huanq, 54.   Strasburq – Olimpik Marsel 0:2 Qollar: Dienq, 62. Çaleta-Çar, 82.   PSJ – Monako 2:0 Qollar: Mbappe, 12-pen; 45.

11 dekabr

Brest – Monpelye 0:4 Qollar: Vahi, 45+1. Mavididi, 47. Sambiya, 60. Jermen, 85.

Reyms – Sent-Etyen 2:0 Qollar: Ture, 23-pen. Mbuku, 89.

10 dekabr Nant – Lans 3:2 Qollar: Muani, 49; 57. Simon, 90 – Kosta, 7. Kalimuendo, 14.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər