Futbol üzrə Fransa çempionatında IX tura yekun vurulub.
Fanat.Az bazar günü yeddi matç baş tutub.
“Anje”nin “Mets”i, “Monako”nun “Bordo”nu, “Nant”ın “Trua”nı evə xalsız göndərdiyi gündə “Loryan” öz meydanında “Klermon”la bərabərə qalıb.
Lider PSJ səfərdə “Renn”ə yenilib. Bu, parislilərin cari mövsümdə həm ilk xal itkisi, həm də ilk məğlubiyyəti olub.
"Olimpik Marsel" qonaq qismində “Lill”ə boyun əyib.
Turun qapanış matçında isə "Olimpik Lion" səfərdə “Sent-Etyen”lə üz-üzə gəlib. Qonaqlar qələbəni 90+4-cü dəqiqədə əldən verib.
Fransa Liqa 1 IX tur
3 oktyabr
Renn – PSJ 2:0 Qollar: Labord, 45. Tait, 46. Anje – Mets 3:2 Qollar: Ço, 53. Manqani, 65. Bahoken, 90+2 – Bronn, 10. Bulaya, 58. Loryan – Klermon 1:1 Qollar: Laport, 54 – Bayo, 15. Monako – Bordo 3:0 Qollar: Tçuameni, 35. Qolovin, 48. Ben Yedder, 64-pen. Nant – Trua 2:0 Qollar: Jirotto, 58. Blas, 69-pen. Lill – Olimpik Marsel 2:0 Qollar: David, 28; 90+4. Sent-Etyen – Olimpik Lion 1:1 Qollar: Xazri, 90+4-pen. – Auar, 42.
2 oktyabr
Monpelye - Strasbur 1:1 Qollar: Molle, 12 - Qameyro, 28.
Nitsa - Brest 2:1 Qollar:Tadibo, 45, Bar, 61 - Onora, 90+2.
1 oktyabr
23:00. Lans - Reyms 2:0 Qollar: Kalimuendo, 45+2-pen.; 52.