Liqa 1: "Monako" və "Olimpik Lion"dan qələbə

Liqa 1: "Monako" və "Olimpik Lion"dan qələbə

Fransa çempionatında 13-cü tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, bu gün daha yeddi oyun keçirilib.

“Brest” - “Reyms” dueli "quru" “Nant” - “Klermon” görüşü qollu bərabərliklə başa çatıb. “Oser” “Ayaçço”nu, “Monako” “Anje”ni, “Renn” “Monpelye”ni, “Olimpik Lion” isə “Lill”i evə məğlub göndərib. “Loryan” isə öz meydanında “Nitsa”ya uduzub.

13 turdan sonra məğlubiyyət tanımayan PSJ 35 xalla zirvədə mövqe tutub. “Lans” 30 xalla ikincidirsə, “Renn” və “Loryan” 27 xalla növbəti pillələri bölüşürlər. “Olimpik Marsel” ilə “Monako”nun hərəyə 24 xalı var.

 Liqa 1

XIII tur

30 oktyabr 

Oser – Ayaçço 1:0 Qol: Saxi, 8.

Brest – Reyms 0:0

Monako – Anje 2:0 Qollar: Embolo, 54. Qolovin, 70.

Nant – Klermon 1:1 Qollar: Məhəmməd, 73 – Borges, 54.

Renn – Monpelye 3:0 Qollar: Terrye, 15. Kalimuendo, 23. Quiri, 85.

Loryan – Nitsa 1:2 Qollar: Uattara, 18 – Atal, 6. Laborde, 69.

Olimpik Lion – Lill 1:0 Qol: Lakazette, 74.

29 oktyabr 

PSJ - Trua 4:3 Qollar: Soler, 24, Messi, 55, Neymar, 62, Mbappe, 76-pen. - Balde, 3; 52, Palaversa, 88. 

Strasbur - Olimpik Marsel 2:2 Qollar: Motiba, 76, Qameyro, 90+4 - Dyenq, 8, Kabore, 35. 

28 oktyabr

Lans - Tuluza 3:0  Qollar: Openda, 60, 87, 90+3. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər