Fransa çempionatında 12-ci tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, sonuncu oyun günündə 7 qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Tuluza” - “Strasburq” və “Trua” - “Loryan” matçlarında qalib müəyyənləşməyib. “Nitsa” - “Nant” matçı da heç-heçə yekunlaşıb. Yeddi qolun vurulduğu “Lill” - “Monako” dueli isə meydan sahiblərinin qələbəsi ilə bitib.
Hazırda 32 xala malik PSJ vahid liderdir. “Lans” və “Loryan”ın 27 xalı var. “Renn” 24 xalla 4-cü, “Olimpik Marsel” 23 xalla 5-cidir.
Liqa 1 XII tur
23 oktyabr
Anje – Renn 1:2 Qollar: Salama, 53 – Quiri, 43. Mayer, 90+2-pen.
Klermon – Brest 1:3 Qollar: Allevina, 88 – Kastilyo, 14-pen. Honorat, 53. Duaron, 67.
Reyms – Oser 2:1 Qollar: Baloqun, 28. İto, 87 – Nyanq, 33.
Tuluza – Strasburq 2:2 Qollar: Ruo, 44. Dejaqer, 55 – Motiba, 65. Qameyro, 73.
Trua – Loryan 2:2 Qollar: Laport, 34-öz qapısına. R.Lopes, 61 – Diarra, 50. Boisqar, 81.
Nitsa – Nant 1:1 Qollar: Pepe, 90+7-pen – Qanaqo, 49.
Lill – Monako 4:3 Qollar: Alexsandro, 22. Kabelya, 39; 62. Bamba, 71 – Enrike, 34. Disasi, 44. Ben Yedder, 53.
22 oktyabr
Monpelye - Lion 1:2 Qollar: Vai, 70 - Auar, 33, Lyakazett, 90.
Marsel - Lans 0:1 Qol: Kosta, 78.
21 oktyabr
Ayaçço - PSJ 0:3 Qollar: Mbappe, 24 82. Messi, 78.